Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-11-03 12:02:00
"Bu gün Azərbaycan cəmiyyətinin nəfis çap olunmuş ensiklopediyaya böyük ehtiyacı var"
Təhsil eksperti Milli Ensiklopediyası redaksiya heyətinin yeni tərkibindən danışdı: “Azərbaycan cəmiyyətinin nəfis çap olunmuş və dərin məzmuna malik olan ensiklopediyaya böyük ehtiyacı var”
 
Prezident İlham Əliyev Azərbaycan Milli Ensiklopediyası redaksiya heyətinin yeni tərkibinin təsdiq edilməsi haqqında fərman imzalayıb. 
 
AzEdu.az xəbər verir ki, musavat.com bununla bağlı təhsil eksperti, Etibar Əliyevin fikirləri öyrəndib:
 
E.Əliyevdən öncə Prezident İlham Əliyevin Ensiklopediya ilə bağlı imzaladığı fərmanda hansı dəyişikliklər baş verdiyi öyrəndik. Etibar Əliyev “bildiyimiz kimi Ensiklopediyanın Redaksiya heyətinin sədri cənab İlham Əliyevdir. Əlbəttə ki, bu ensiklopediyanın cildlərinin hazırlanmasında məsuliyyəti xeyli artırır” - deyə qeyd etdi: “Redaksiya Heyətinin sədrinin birinci müavini akademik Ramiz Mehdiyev elm və təhsil sahəsində böyük təcrübəyə malikdir. Burada diqqəti çəkən əsas məqam akademik İbrahim Quliyev, akademik İsa Həbibbəyli və Xalq yazıçısı Anarın Redaksiya Heyətinin sədrinə müavin təyin olunmalarıdır. Həmçinin AMEA-nın prezidenti Akif Əlizadə Ensiklopediyanın Baş redaktoru təyin olunub”.
 
Bəs əvvəlki tərkib necə idi? Bu sualımıza cavabında Etibar Əliyev bildirdi: “ Ensiklopediyanın 7-ci cildinə qədər A.Əlizadə Redaksiya heyəti sədrinin müavini idi. Akademik İsa Həbibbəyli isə Redaksiya heyətinin üzvü idi. Bundan başqa Fatma Abdullazadə Redakiya heyətinin tərkibindən çıxarılıb. Akademik Arif Mehdiyev və Ağamusa Axundov dünyalarını dəyişdiyindən təbii olaraq Redaksiya Heyətinin tərkibindən çıxarılıblar”.
 
“Ümumiyyətlə Ensiklopediyanın hazırlanması işi bu sahədə təcrübəsi olan bir alim kimi sizi qane edirmi” sualına Etibar Əliyev belə cavab verdi: “Mən bu Ensiklopediyadakı müəyyən qüsurlar barədə fikrimi dövri mətbuatda bildirmişəm. Ensiklopediyalar ölkələrin intellektual potensialının göstəricisidir. Məsələn, İngiltərənin ”Britannica", Fransanın “Larousse”, Rusiyanın “Bolşaya Rossiyskaya Ensuiklopediya”sı dünyada məşhurdur. Bu ensiklopediyalarda bir-birinə oxşayan məqalələrə rast gələ bilməzsiniz. Azərbaycan Milli Ensiklopediyası tamamilə yeni layihədir və 10 illiklər boyu öz aktuallığını itirməməlidir. Prezidentin redaksiya heyətinin yeni tərkibini təsdiqləməsi bu missiyanın yerinə yetirilməsinə xidmət edir.
 
Bir mühüm məsələni də qeyd edim, Rusiyanın möhtəşəm “Bolşaya Rossiyskaya ensiklopediyası”nın 30 cildlik nəşri başa çatana qədər qəzetlərdə, televiziyalarda, elektron mediada cildlərin təbliğatı aparılırdı. Bizdə ensiklopediyanın təbliğatı işi çox aşağı səviyyədədir. Nəticədə insanlarının çoxu Ensiklopediyanın nəşrindən xəbərsizdirlər. Bu gün Azərbaycan cəmiyyətinin nəfis çap olunmuş və dərin məzmuna malik olan ensiklopediyaya böyük ehtiyacı var".