
Dövlət İmtahan Mərkəzi (DİM) iyulda növbəti imtahanlar keçirəcək.
AzEdu.az iyul ayında keçiriləcək imtahan tarixləri barədə məlumatı təqdim edir.
7 iyulda keçiriləcək imtahanlar:
-II və III ixtisas qrupları üzrə (2-ci cəhd) üzrə qəbul imtahanı;
-I qrup üzrə RK və Rİ altqruplarının hər ikisini seçənlər üçün informatika fənni üzrə əlavə imtahan.
8 iyul beynəlxalq və respublika fənn olimpiadalarının, beynəlxalq müsabiqələrin və yarışların qaliblərinin sənəd qəbulu yekunlaşır.
8-15 iyul Rezidentura səviyyəsinə qəbul imtahanında iştirak etmək üçün ərizə qəbuludur (II mərhələ).
TOEFL imtahanları:
6, 10, 20 iyul tarixlərində keçiriləcək.
GRE imtahanları:
12, 19 iyulda keçiriləcək.
10-25 iyul beynəlxalq səviyyədə akkreditasiya olunan təhsil proqramları (IB Diploma Programme, Advanced Level of General Certificate of Education, Advanced Placement) üzrə təhsil almış abituriyentlərin sənədlərinin qəbulu tarixidir.
14 iyulda keçiriləcək imtahanlar:
I və IV ixtisas qrupları üzrə (2-ci cəhd) qəbul imtahanı;
III qrup üzrə DT və TC altqruplarının hər ikisini seçənlər üçün coğrafiya fənni üzrə əlavə imtahan;
Peşəkar mühasib sertifikatı imtahanı (I mərhələ).
21 iyul Hərbi liseylərə qəbul imtahanıdır.
28 iyul Dövlət qulluğu vəzifələri (A növü) üzrə test imtahanı keçiriləcək.
31 iyul subbakalavrların elektron ərizə qəbulu yekunlaşır.