Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-08-16 12:12:40
Azərbaycanlı gənc xaricdə 13 universitetə qəbul ALDI

BDU-nun Hüquq fakültəsinin SABAH qrupları tələbəsi dünyanın 13 nüfuzlu ölkəsinin qabaqcıl universitetlərində magistr dərəcəsi üzrə təhsil almaq hüququ əldə edib.

 

AzEdu.az xəbər verir ki, Kənan Abdiyevin seçimi ABŞ-ın Maryland Universitetinin Dövlət İdarəetməsi ixtisasının İctimai Siyasət("UMD School of Public Policy") proqramı olmuşdur.

Qeyd edək ki, Kənan təhsilini Xaricdə Təhsil üzrə Dövlət Proqramı çərçivəsində tam təqaüd qazanmaqla ABŞ-da davam etdirəcək. 

 

Həmin universitetləri təqdim edirik:

 

“University of Maryland";

"University of Utrecht";

"University of Glasgow";

"Lund University";

"Bremen University";

"KU Leuven".


"EMLE" Erasmus proqramı(Fransa, İtaliya, İspaniya, Avstriya, Polşa, İsrail);

"ILGSPD” Erasmus proqramı(Böyük Britaniya, Hollandiya, Estoniya).