Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-08-22 14:50:12
Bakıda orta məktəbdə yanğın olub

Bakı şəhərinin Xətai rayonunda yanğın olub.

 

AzEdu.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, ümumi sahəsi 2220 m² (hər mərtəbəsi 1110 m²) olan ikimərtəbəli orta məktəb binasının 2-ci mərtəbəsində sahəsi 25 m² olan köməkçi otağa yığılan əşyalar 10 m² sahədə yanıb.

 

Yüksək temperaturdan plastikdən ibarət pəncərə çərçivəsi əriyib. Məktəb binası yanğından mühafizə olunub.

 

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.