Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-08-28 12:31:29
MİQ: 2 mindən artıq yer 3 ildir seçilmir

Müəllimlərin işə qəbulu üzrə müsabiqədə 2 mindən artıq yer 3 ildir seçilmir.

 

AzEdu.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Ümumi Təhsilin Təşkili şöbəsinin müdir müavini Nurlan İsmayılbəyli qeyd edib.

 

"Son 3 ildə müəllimlərin işə qəbulu üzrə 2 mindən artıq vakant yeri var, amma seçim edilmir. Təbii ki, bunun səbəbləri müxtəlif ola bilər. Ən azından 40 balı, yəni keçidi keçmiş olan namizədlər həmin 2 min olan vakant yerinə müraciət etmiş olsaydılar qəbul ola bilərdilər. Ortaya bir sual çıxır. Əgər məqsədiniz müəllim olmaq deyilsə nə üçün bu qədər resursların israfına səbəb olursunuz?".