Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-02-24 16:23:00
Uşaqların təxəyyülünü inkişaf etdirəcək oyun yaradıldı

Uşaqlar üçün oyun imkanlarını inkişaf etdirmək məqsədi ilə bir araya gələn İKEA, LEGO, National Geographic və Unilever kimi markalar “The Real Play Coalition” RPC oyununu yaradıblar.

AzEdu.az  adıçəkilən oyunun faydaları və yaratdığı imkanlar barədə məlumatları diqqətə çatdırır:

Oyunun məqsədi optimist olmaq, uşaqları əyləndirmək və onlarda maraq yaratmaqdır.

"The Real Play Coalition” RPC  uşaqların böyüməsinə yardımçı olan vasitələrdən və gündəlik həyatda rastlaşdığı  xüsusi bilik və təcrübələrdən ibarətdir.

Bu oyunu oynamaq təxəyyülün inkişafına və problemləri həll etməyi bacaran üstün zəkanın formalaşmasına zəmin yaradır.

"The Real Play Coalition” RPC  aktiv və risksiz formada təcrübə əldə etmək üçün ideal vasitədir.

Oyun müddətində uşaqların komanda şəklində hərəkət etmə bacarıqları və ömür boyu istifadə edəcəkləri vərdişlər  inkişaf etdirilir. Bununla yanaşı, problemlərə müxtəlif aspektlərdən baxmağı öyrədir.

Rəna Nəbi