Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-09-11 10:16:50
Göygöldə qardaş qardaşı bıçaqlayıb

Göygöldə bıçaqlanma hadisəsi baş verib.

 

AzEdu.az xəbər verir ki, rayon sakini, 2005-ci il təvəllüdlü E. Rzayev xuliqanlıq zəminində qardaşı 2002-ci il təvəllüdlü R. Rzayevə bıçaqla daxilə keçməyən xəsarət yetirib. Göygöl Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində hadisəni törədən şəxs saxlanılıb.

 

Qeyd edək ki, hər iki şəxs oğurluq cinayətinə görə əvvəllər məhkum olunub.