Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-09-11 13:47:40
Yeniyetmə özünü 17-ci mərtəbədən atıb

Dünən axşam saatlarında paytaxtın Nərimanov rayonu ərazisində intihar hadisəsi baş verib.

 

AzEdu.az xəbər verir ki, 2010-cu il təvəllüdlü S.Baxşəliyev yaşadığı S.Rəhman küçəsi 11 ünvanındakı binanın 17-ci mərtəbəsində yerləşən mənzilin pəncərəsindən özünü atıb.

 

O, hadisə yerində vəfat edib.

 

Faktla bağlı rayon prokurorluğu tərəfindən araşdırma aparılır.