Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-02-27 12:43:00
Memobird şirkətindən daşına bilən printer

Memobird şirkətinin mini printeri, daşına bilən quruluşu ilə heç bir zaman sizə çətinlik yaratmadan xatirələrinizi əbədiləşdirə bilər.

AzEdu.az deyerler.org-a istinadən bildirir ki, texnologiyanın inkişafıyla birlikdə printerlər də cib telefonları kimi daşına bilən hala gəlir. Memobird şirkətinin çox istiqamətli, daşına bilən və ən əhəmiyyətlisi, əsla katric tələb etməyən mini printer hər yerdə asanca çap etmənizi təmin edir.

Memobird Mobil termik printeri yalnız bir neçə santimetrlik quruluşu ilə hər hansı bir yerə daşına bilər və az qala hər cihazla uyğun şəkildə işləyir. Noutbuklarınızdan, telefonunuzdan, masaüstü kompyuterinizdən və ya planşetinizdən xatırladıcılar, alış-veriş siyahıları, ofis divarı üçün qeydlər və ya xatirə fotoşəkilləri kimi çaplar ala bilərsiniz. Bu gözəl printeri, Wi-Fi və ya Bluetooth ilə birlikdə istifadə etmək imkanı var.