
“Distant təhsil forması müəyyən məsafədən həyata keçirilən təlim sistemidir”.
AzEdu.az xəbər verir ki bu barədə “Sherg.az”a təhsil ekperti Kamran Əsədov bildirib.
O qeyd edib ki, təhsilin distant forması daha çox müəyyən səbəblərə görə, təhsilini artırmaq imkanı olmayan insanlar üçün əlverişlidir:
“Distant təhsil forması ənənəvi təhsil formalarına nisbətən öyrənənlərin müstəqilliyini, fəallığını, şüurluluğunu, yaradıcılığını optimal inkişaf etdirir. Avropanın bir çox ölkələrində bu təhsil formasından geniş istifadə olunur.
Azərbaycanda isə 2009-cu ildən yaransa da, bu sistem geniş tətbiq olunmur. Bu infrastruktur yalnız Dövlət İqtisad Universitetində və “Qərbi Kaspi” Universitetində yaradılıb. Buna rəğmən hazırda distant təhsil Azərbaycanda tanınmır. Sistemin nə zamansa, aktivləşdirilib tam tətbiq olunması yaxın gələcəkdə gözlənilmir”.