Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-02-28 20:20:00
Təhsil Nazirliyinin təşkilatçılığı ilə “Novruz mühazirələri”nə başlanılacaq

Martın 5-dən Təhsil Nazirliyinin təşkilatçılığı ilə “Novruz mühazirələri”nə başlanılacaq.  Nazirlikdən AzEdu.az-a istinadən xəbər verir ki, Qazax Müəllimlər Seminariyasının və Bakı Dövlət Universitetinin 100 illik yubileylərinə həsr olunan builki mühazirələrin Lənkəran, Bakı və Qazaxda keçirilməsi planlaşdırılır.

 

“Bakı Dövlət Universiteti-100: tarix və gələcəyin tandemi” mövzusunda ilk mühazirə Lənkəran Dövlət Universitetində təşkil olunacaq. Professor Anar İsgəndərov Bakı Dövlət Universitetinin milli özünüdərkin inkişafında rolu, onun mənəvi varislərindən olan Lənkəran Dövlət Universitetinin qarşısında dayanan prioritetlər barədə çıxış edəcək.

 

Təhsil Nazirliyi 2016-cı ildən etibarən “Novruz mühazirələri” keçirir. Mühazirələrdə Milli Məclisin deputatları, tanınmış alimlər, beynəlxalq və yerli təhsil ekspertləri tərəfindən Azərbaycanın tarixi, elmi, mədəniyyəti və təhsili üzrə müxtəlif məsələlər ictimaiyyətə çatdırılır.