Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-03-01 09:30:00
AzEdu.az təhsil portalının 1 yaşı tamam oldu    

Bu gün Azərbaycanda təhsil sahəsi üzrə ixtisaslaşmış AzEdu.az portalının 1 yaşı tamam olur.

AzEdu.az təhsil portalı 2018-ci il mart ayının 1-dən fəaliyyətə başlayıb. 

AzEdu.az Təhsil Portalı təhsil sahəsində ölkədə və dünyada baş verən ən vacib hadisələri jurnalistikanın etik və şəffaflıq prinsiplərinə əsaslanaraq Azərbaycan dilində operativ çatdırır. Elm-təhsil sahəsindəki problem və perspektivləri özündə əks etdirən gündəlik materiallarla yanaşı, rubrika yazıları, müsahibə, reportaj, araşdırmaları da oxuculara təqdim edir.

Həmkarlarımızı təbrik edirik.