Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-03-02 14:20:00
“SpaceX” Beynəlxalq Kosmik Stansiyaya maneken-pilot göndərir

İlon Maskın “SpaceX” şirkəti Beynəlxalq Kosmik Stansiyaya sınaq ekipajı göndərir.

AzEdu.az  xəbər verir ki, “Dragon” adlanan pilot kapsulu “Falcon 9” raketi ilə bu gün ABŞ vaxtı ilə 2:49-da Floridadakı Kennedi Kosmik Mərkəzindən fəzaya buraxılır.

NASA-nın məlumatına görə, sınaq kapsulunun buraxılmasında məqsəd gələcəkdə Aya və Marsa uçacaq kosmonavtların təhlükəsizliyini yoxlamaqdır. Bu uçuş zamanı içərisində maneken-pilot olacaq kapsulun təhlükəsizliyini beş gün müddətində ABŞ astronavtı Enn Mkkleyn, kanadalı Devid San-Jak yoxlayıblar.

Kapsulda olacaq “ekipaj üzvü” maneken Ripli bütün texniki cihazlarla, o cümlədən ötürücü ilə təchiz edilib. Kosmik gəmi martın 3-də Beynəlxalq Kosmik Stansiyaya birləşəcək və martın 8-də ondan ayrılacaq. Yerə qayıdan Ripli maneken paraşütlə Atlantik okeanına düşəcək. Kapsulun içərisində olan yük təhlükəsizlik məqsədilə gələcəkdə kosmosa uçacaq 3 ekipaj üzvü üçün hesablanıb.