Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-03-09 20:14:00
Uşaq Bilik Portalından  növbəti ustad dərsi

Uşaq Bilik Portalı "Bacarıqlı balalar" yaradıcılıq klubu ilə birgə növbəti ustad dərsi keçirib. AzEdu.az xəbər verir ki, qarşıdan gələn Novruz bayramına həsr olunan ustad dərsində uşaqlar səməni cücərdib, yumurta bəzəyib və şirniyyat buketi hazırlayıblar. BAKU Mall-da keçirilən ustad dərsinin sonunda uşaqlara portal haqqında ətraflı məlumat verilib, bukletlər paylanıb.

 

Məlumatda bildirilir ki, AZƏRTAC-ın Uşaq bilik portalı (http://portal.azertag.az/az/) bir-birindən maraqlı ustad dərsləri ilə uşaqları sevindirməyə davam edəcək.