Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-03-10 21:07:00
Alimlərdən aksiya: “Mənzillərimizi verin!”

Azərbaycan Milli Elmlər Akademiyasının əməkdaşları maraqlı aksiya keçirib. AzEdu.az xəbər verir ki, Azərbaycan Milli Elmlər Akademiyasının əməkdaşları qeyri-adi etiraz aksiyası təşkil edərək, alimlər üçün tikilmiş binadakı mənzillərinin verilməsini tələb ediblər. Onlar bununla bağlı yazdıqları süarı yaşadıqları binadan asıblar.

AMEA-nın bəzi əməkdaşları iddia edirlər ki, alimlər üçün nəzərdə tutulan mənzillər satılıb.

Etiraz əlaməti olaraq, onlar binanın üzərində Prezident İlham Əliyevə müraciət əks olunmuş plakat asıblar və bununla da problemlərini diqqətə çatdırıblar.