Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-03-21 10:29:00
Alimlər “kosmik” almazları tədqiq ediblər

Rusiya, Cənubi Koreya, Fransa və Almaniya alimləri ilk dəfə olaraq meteoritlərin Yer kürəsi ilə toqquşması zamanı yaranan impakt almazlarını tədqiq etməyə nail olublar. 

AzEdu.az-ın RİA Novosti-yə istinadən yaydığı xəbərinə görə, bu haqda Sibir federal universitetin hesabatında deyilir.

Tədqiqat müəlliflərindən olan Artyom Kuklin qeyd edib ki, impakt almazlarının mexaniki göstəriciləri klassik almazlardan daha üstün olduğu üçün, onları sənayenin müxtəlif sahələrində tətbiq etmək olar.

Rəngi bulanıq yaşıl olduğundan “kosmik” almazları zərgərlikdə istifadə etmirlər.   

İmpakt almazlar yarım əsr bundan qabaq kəşf olunub, lakin strukturunun mürəkkəb olması onların öyrənilməsini çətinləşdirib.(Ona.az)