Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-03-24 20:43:00
Naxçıvanlı məktəblilər üçün konsert proqramı

Martın 24-də Beynəlxalq Muğam Mərkəzində “Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiya çərçivəsində naxçıvanlı məktəblilər üçün konsert proqramı təşkil olunub.  AzEdu.az xəbər verir ki, konsertdə xanəndələr Hüseyn Mikayıloğlu (Mahur təsnifi) “Əlimdə sazım qurbanın”, “Bir ney kimi hərdən”, Rəvanə Əmiraslanlı (Segah təsnifi) “Nar ağacı” və Rəvanə Qurbanova “Dumanlı Təbriz”, “Sən Müşfiqin yanında” mahnılarını səsləndiriblər.

 

İfaçıları tarda Əli Əliyev, kamançada Abbas Əliyev və nağarada Vaqif Qasımov müşayiət edib.