Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-03-25 16:30:00
Metal və plastik tullantılar qarşılığında uşaqlara kitab paylayan kitabçı

İtaliyada yerləşən bir kitab evi təkrar emal məqsədilə bir plastik və konserv qutusu gətirən hər şagirdə pulsuz kitab verəcəyini bildirib.

İtaliyadakı balaca qəsəbə olan Polladakı Ex Libris Kafe kitab evinin sahibi Michele Gentile, çevrə üçün nələrsə etməklə yanaşı, uşaqları kitab oxumağa təşviq etmək istədiyini söyləyir.

“Məqsədim, oxumağı çox da sevməyən italyanlar arasında kitab sevgisini yaymaq və bununla yanaşı çevrəyə dəstək olmaqdır. Ümid edirəm, bu addım qısa zamanda viral olar və bütün ölkəni təsir altına alar”.

Gentile, bir tarlaya buraxılmış böyük bir metal yığınını gördüyü gün bu layihə barədə dəqiq qərar verir: “Həmin tarlada ən az 300-400 Euro dəyərində kitablar var idi. Bu, bir məktəb şagirdinin illik kitab xərcindən çoxdur. Ona görə, məhəllədəki bir dövlət məktəbilə danışdım və onlar metal tullantılarını toplamağa başladılar. Nəticə möhtəşəm idi - iki gün ərzində 200 kq tullantı topladıq”.

Gentile geridönüşüm mərkəzindən əldə etdiyi pula bütün sinfə kitab aldı.

Kitab evinin sahibinin məktəblərlə və əhaliylə apardığı bu layihə plastik və konserv qutuları göndərməyə başlayan ölkənin şimalındakı uşaqlara qədər yayılıb və hər kəs bu layihədən xəbərdardır.

“Təkcə dünən 60 ədəd pulsuz kitab payladım. Dünyadakı hər uşağın bir plastik və konserv qutusu qarşılığında kitab aldığını düşünmək xəyal kimi görünsə də, reallaşması mümkünsüz deyil".