Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-03-26 10:47:00
Valideynlərin nəzərinə: Uşaqla düzgün ünsiyyətin əsas şərtləri

İnsan xarakterinin formalaşması hələ uşaqlıq illərindən başlanır. Bu xarakterə ətrafındakıların onunla davranış tərzi də təsir edir.  AzEdu.az uşaqlarla düzgün münasibət qurmağın şərtlərini təqdim edir:

Əgər uşaqğın sizi dinləməyini istəyirsinizsə, səsinizi yüksəltməyi yox, alçatmağı yoxlayın. Aşağı səs tonunuz sayəsində uşağınızın daha diqqətli dinləməsini təmin edəcəksiniz.

Uşaqların istəmədiyi bir işlə məşğul olmaq məcburiyyətindəsinizsə, şikayət etmələri üçün onlara tam bir dəqiqə verin. Bir dəqiqə tamam olduqda işə başlayın.

Yazı bacarıqları məşq etmədikcə yaxşılaşmır. Amma uşağınızın yazmağını istəyirsinizsə, gündə tək cümlə belə yazmaq onlar üçün faydalı olacaq. Əgər siz də yazmağı sevən birisinizsə, uşağınızla məktub dostu ola bilərsiniz. Beləliklə, qarşılıqlı yazı yazaraq uşağınızın inkişafını təmin bilərsiniz.

Övladınız otağını səliqəli saxlamırsa, ona mükafat vəd edin. Otağını səliqəyə saldıqda ona hədiyyə verin. Bu, onu otağını səliqəli saxlamağa təşviq edəcək.

Uşaqlar idarənin onlarda olduğunu düşündükdə daha az şikayət edərlər. Ona seçimlər təqdim edin. Məsələn, “qaynadılmış yumurta, yoxsa omlet?” sualı tipində istəklərinizi seçimlə təqdim edin.