
2019-03-30 17:21:00
Valideynlərin nəzərinə: Avropa uşaqlarının bildiyi 7 qidalanma qaydası
Hər bir ana sağlam və tərbiyəli övlad yetişdirmək arzusundadır. Amma yemək stolunda qaydasınca qidalanan uşaqlara nadir hallarda rast gəlinir. Uşağı hələ kiçik yaşlarından bir sıra qida vərdişlərinə yiyələnməyə öyrəşdirmək lazımdır. O nə zaman nə və nə üçün yediyi haqda məlumatlı olmalıdır.
AzEdu.az Medicina.az-a istinadən uşaqlarınıza tətbiq oluna biləcək qaydaları təqdim edir:
1. Gündə 3 dəfə qidalanın.
Uşaq gündə 3–4 dəfə qidalanarsa və bu zaman yemək arası heç nə qəbul etməsə o zaman daha iştahalı olur. Bu zaman həm də yemək uşaq üçün daha maraqlı və arzulanan olur.
2. Təbii qidaları normal miqdarda yeyin.
Uşağın qidalanması üçün təbii qidalar seçin. Zərərləri göz qabağında olan konservant tərkibli qidalardan istifadə etməyin. Gündə 3 dəfə qidalanma zamanı qida payı normal miqdarda olmalıdır. Onun tərkibinə sulu yemək, quru yemək və desert daxil edilməlidir.
3. Su için
Su orqanizmin normal funksiyası üçün çox vacibdir. Onu heç bir qazlı su və meyvə şirələri onu əvəz edə bilmir. Qida qəbulunun arasında uşaq mütləq su içməlidir.
4. Oturaraq yemək yeyin.
Heç bir qidanı ayaq üstə, televizora baxa-baxa yemək olmaz. Buna görə də, uşağı stol arxasında oturaraq fikrini yeməyə cəmləməsini təmin etmək lazımdır.
5. Axşam yeməyi yüngül olmalıdır
Əsas qida nahar hesab edilir. Axşam yeməyinin yerinə tərəvəz, omlet, makaron, şorba meyvə yemək olar. Uşaq yüngül axşam yeməyi yedikdə rahat yatır.
6. Yeməkdən sonra mətbəxin qapısını bağlayın
Uşağı atışdırmalıqdan imtina etməyi öyrədin. Uşaqlıqdan davamlı olaraq gecə vaxtı qida alan uşaqlar gələcəkdə insanın artıq çəkili olmasına səbəb olur.
7. Vaxtında dayanmağı bacar
Uşaq qidalanmasının həddini bilməlidir. Həddən artıq çox qidalanan zaman uşağın mədəsinin divarları genişlənir.
Bu bölməyə aid digər xəbərlər
Günün havası - Yağış, dolu...
2024-09-12 08:30:00
BDU da “TələbəPlus” layihəsinə qoşuldu
2024-09-11 17:58:56
Yağış yağacaq, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ
2024-09-11 15:37:12
Cəzaçəkmə müəssisələrində peşə təhsilinin keyfiyyəti yüksəldiləcək - SƏRƏNCAM
2024-09-11 15:20:47
Bakıda uşaq bağçasında təhlükəli vəziyyət
2024-09-11 15:05:12
Yeniyetmə özünü 17-ci mərtəbədən atıb
2024-09-11 13:47:40
Sabahın havası: 32 dərəcə isti olacaq
2024-09-11 13:24:20
11-ci sinif şagirdi intihar etdi
2024-09-11 10:35:55
Göygöldə qardaş qardaşı bıçaqlayıb
2024-09-11 10:16:50
İntihar etmiş tələbə ilə bağlı yeni DETALLAR
2024-09-11 10:10:51