
2016-cı ilin şanlı Aprel döyüşçülərindən bir neçəsinin övladı onlar şəhid olandan sonra dünyaya gəldi...
Təbii ki, “körpəsinin üzünü heç görmədi” deyib, kövrələnlər də oldu.
Lakin bu körpələr Aprel şəhidlərinin müqəddəs ruhlarının sanki Yer üzündəki sığınacaqlarıdır....
Həmin ruhlar səmanın ənginliklərindən enərək, bu körpələrdə məskən salıb...
Aprel döyüşlərindən sonra doğulan bu uşaqlar atalarını öz timsallarında Yer üzündə gəzdirirlər..
Onlar yalnız uşaq deyillər - aprel şəhidlərinin özlərindən sonra insanlar üçün qoyduğu gizli şifrələrdilər.
Kim bu şifrələrin dilini öyrənsə, o, aprel şəhidin ruhu ilə də asanlıqla ünsiyyətə girə bilər...
Odur ki, kövrəlməyə dəyməz... özlərindən sonra övladları dünyaya gələn Aprel şəhidləri əslində onların dili, baxışları ilə bizlərlə danışırlar...
Bu körpələr bir az da ataları şəhid olduqları zaman onların açıq qalan gözlərindəki nida işarəsinə bənzəyirlər...
Bütün layiqli, sərrast və möhtəşəm cavabların sonunda isə mütləq Nida olur!!!
Elmin Nuri
Nəzrin Abdul