
“Gənc Mühasiblər” İctimai Birliyinin Azərbaycan Respublikası Gənclər Fondunun maliyyə dəstəyi ilə Bakıda və Gəncədə həyata keçirildiyi “Gənclər üçün mühasibatlıq üzrə II Olimpiadanın təşkili” layihəsinin Bakı Konqres Mərkəzində final mərhələsi təşkil olunub. Qurumdan AzEdu.az-a verilən məlumata görə, final mərhələsindən əvvəl keçirilən universitetlər üzrə seçim turlarında keçid balını toplayan tələbələr olimpiadanın finalında iştirak hüququ qazanıblar. Olimpiada 11 universitetin 400-dən çox tələbəsini əhatə edib. Final mərhələsində həmin tələbələrdən 45-i mübarizə aparıb.
Maliyyə Nazirliyi yanında Maliyyə Elm-Tədris Mərkəzi tərəfindən hazırlanan sualları daha yaxşı cavablandıran Bakı Mühəndislik Universitetinin tələbələri ilk üç sırada qərarlaşıblar. Qaliblərə diplom və hədiyyələr, digər iştirakçılara sertifikatlar təqdim olunub.
Olimpiadanın iştirakçılarının gələcəkdə iş yerləri ilə təmin olunması nəzərdə tutulub.