Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-04-02 22:55:00
Çin alimlərindən yeni ixtira

Çin alimləri kənd təsərrüfatı tullantılarının yüksək sıxlıqlı və atmosferə daha az karbon qazı buraxacaq aviayanacağa çevrilməsi üsulunu hazırlayıblar. AzEdu.az xarici mediaya istinadən xəbər verir ki, ixtiranın müəllifi Çin Elmlər Akademiyasının Dalyan kimya fizikası institutunun tədqiqatçılarıdır.

Alimlər sellülozdan polisioalkan (polycyoalkane) adlanan kimyəvi birləşmənin istehsalına nail olublar. Məlum olduğu kimi, sellüloz kənd təsərrüfatı meşə tullantılarının əsas komponentini təşkil edir. Əldə olunan qarışıq daha aşağı temperaturda donması və reaktiv mühərriklər üçün adi yanacaqla müqayisədə daha yüksək sıxlığa malik olması ilə seçilir. Ondan mövcud olan yüksək sıxlıqlı

 

aviayanacağın alternativi, yaxud aviayanacağın digər növlərinin keyfiyyətini artırmaq üçün qatqı maddəsi kimi istifadə etmək mümkündür. Biokütlədən alınan yanacaq daha yüksək sıxlığa malikdir ki, bu da uçan aparatların daha uzaq məsafəyə uçmasına və adi yanacaqla işləyən mühərriklərin istifadəsi zamanı olduğundan daha çox yük daşımağa kömək edəcək.