
1901-ci ildən etibarən, təqdim olunmağa başlanan Nobel mükafatı bu gün ən çox müzakirələrə səbəb olan faktorlardan birinə çevrilib. Nobel artıq mükafat olmaq çərçivəsini adlayıb və öz-özlüyündə müxtəlif ölkə, ümumiyyətlə, dünya üçün böyük bir hadisəyə çevrilməkdədir.
Əlbəttə, hər il mükafatı müxtəlif nominasiyalarda əldə edən ABŞ üçün vətəndaşının Nobel alması, heç bir tarixi uğur sayılmaz. Ölkə ictimaiyyəti bunu yalnız xoş bir xatirə kimi qarşılayar, vəssəlam...
Lakin dünyada elə ölkələr var ki, onların bir, yaxud, bir neçə vətəndaşının qazandığı Nobel mükafatı az qala, həmin dövlət tarixinin ən böyük uğurlarından birinə çevrilib. Kiçik dövlətlərdə hər hansı şəxsin Nobel alması, bəzən, bütün ölkənin imicinə müsbət təsir edib. Həmin ölkə bu uğur sayəsində "kiçik dünya dövləti" çərçivələrini adlayaraq, xüsusi nüfuza doğru addımlayıb.
AzEDU.az ayrı-ayrı vaxtlarda və müxtəlif sahələrdə Nobel mükafatını əldə edən kiçik dünya dövlətlərini təqdim edir:
Şərqi Timor – 2 laureat: Sülh - 2;
Qvatemala – 2 laureat: Ədəbiyyat - 1, Sülh - 1;
Liberiya – 2 laureat: Sülh - 2;
Kosta-Rika – 1 laureat: Sülh-1;
Kipr-1 laureat: Sülh – 1;
Qana – 1 laureat: Sülh - 1;
İslandiya – 1 laureat: Ədəbiyyat 1,
Keniya – 4 laureat: Sülh - 4;
Myanma – 1 laureat:Sülh - 1;
Nigeriya – 1 laureat: Ədəbiyyat - 1:
Vyetnam – 1 laureat: Sülh - 1;
Fələstin - 1 laureat: Sülh - 1;
Peru - 1 laureat: Ədəbiyyat - 1;
Sent-Lyusiya - 1 laureat: Ədəbiyyat - 1,
Trinidad - 1 laureat: Ədəbiyyat - 1,
Tibet - 1 laureat: Sülh - 1,
Yəmən - 1 laureat: Sülh - 1;
Yaxın gələcəkdə Azərbaycanın da Nobel mükafatını əldə edən dövlətlər sırasında olmasını diləyirik!
Elmin Nuri