Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-04-09 15:43:00
Azərbaycanda 1000-1500 şagirdə bir psixoloq ştatı düşür  

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Bakı şəhəri 162 nömrəli tam orta məktəbdə şagirdin intiharına münasibət bildirib.

AzEdu.az xəbər verir ki, Dövlət Komitəsinin Regional mərkəzlərlə iş şöbəsinin baş məsələhətçisi Zülfiyyə Sadıqova ONA-nın sorğusuna cavab olaraq bildirib ki, şagirdin tərbiyəsində ailə, məktəb və cəmiyyət birlikdə hərəkət etməli, onun davranışında baş verən dəyişiklikləri hər bir tərəf görməli və araşdırmalı idi.

Onun sözlərinə görə, məktəblərdəki sinif jurnallarının arxasında şagirdlər haqqında məlumatlar, habelə psixoloqun verdiyi xarakteristikalar yer alır: “Həmin xarakteristikalar, davranış dəyişiklikləri izlənilməlidir. Hazırda Azərbaycan məktəblərində orta hesabla təxminən 1000-1500 şagirdə bir psixoloq ştatı düşür. Bu isə ümumi işin keyfiyyətini aşağı salır. Bu baxımdan məktəblərdə psixoloq ştatlarının artırılmasına, psixoloji işin gücləndirilməsinə ehtiyac var”.