Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-04-24 20:48:00
“Oxu günü”ndə əsgərlər üçün kitab toplanıldı

Bu gün Xırdalan şəhər Heydər Əliyev parkında məktəblilərin iştirakı ilə ümumrayon “Oxu günü” keçirilib. Bu münasibətlə rayonun bütün ümumtəhsil məktəbləri mövzuya aid maraqlı proqramlar təqdim ediblər. Rayon kitabxanasının açdığı sərgidə kitab satışı da təşkil olunub. AzEdu.az xəbər verir ki, “Oxu günü”ndə Abşeron Rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova, Təhsil şöbəsinin rəhbərliyi, məktəblilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Məlumata görə, tədbirdə müxtəlif kitablar nümayiş olunub, oxumağı, mütaliəni təbliğ edən fikirlər səslənib, bundan əlavə, məktəblilər tərəfindən Azərbaycanın görkəmli şəxsiyyətlərinin, şairlərin, yazıçıların, ədiblərin həyat və yaradıcılığını özündə əks etdirən teatrlaşdırılmış səhnələr nümayiş etdirilib. Eyni zamanda, tanınmış şəxsiyyətlərin məqbərələrinin maketləri qurulub.

 

Dahi mütəfəkkir, şair İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunan stend iştirakçılar tərəfindən maraqla qarşılanılıb. Məktəblilər Nəsiminin qəzəllərini söyləyib, onun əsərlərinin qəhrəmanlarını canlandırıblar.

 

Tədbirdə Azərbaycan Ordusunun igid əsgərləri üçün kitablar toplanılıb. Həmin kitablar yaxın günlərdə hərbi hissələrə göndəriləcək.