Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-04-24 21:33:00
Salyanda müəllimə intihar edib

Salyanda çayda batan qadın müəllimə olub. AzEdu.az Virtualaz.org-a istinadən xəbər verir ki, rayonun Seyidsadıqlı kəndinin 35 yaşlı sakini Aysel Vaqif qızı Dadaşova özünü evlərinin yaxınlığından keçən Akkuşa çayının körpüsündən suya ataraq intihar edib.

 

Aysel Dadaşovanın 3 azyaşlı oğlan uşağının anası və Seyidsadıqlı kənd orta məktəbinin ibtidai sinif müəlliməsi olduğu deyilir.

 

Hazırda özünü suda batırmış qadının cəsədinin tapılması üçün üçün FHN-in dalğıc-xilasediciləri tərəfindən axtarış işləri aparılır.Hadisə yerinə yerli icra və  hüquq-mühafizə orqanlarının rəhbərləri də gəlib.