Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-04-30 14:55:00
Çin Aya insan göndərir

Çin Ayın cənub qütbündə elmi-tədqiqat stansiyası inşa etməyi və təxminən 10 il sonra idarə olunan Ay missiyasını həyata keçirməyi planlaşdırır. Çin Dövlət Kosmik İdarəsinin rəhbəri Çjan Keszyan belə bəyanatla çıxış edib.

AzEdu.az ICTnews-a istinadən bildirir ki, idarənin rəhbəri, həmçinin bildirib ki, Çinin "Çanye-5" zondu cari ilin sonunadək Ayın torpaq nümunələrini Yer kürəsinə gətirməlidir və bu nümunələr Mao Tszedunun vətəni olan Şaoşanda saxlanılacaq.

Bundan başqa o öz çıxışında qeyd edib ki, Çin 2020-ci ildə ilk Mars zondunu buraxacaq.

Xatırladaq ki, Çin 24 aprel 1970-ci il tarixində dünya kosmik dövlətlər klubuna qoşulub.

2016-cı ildən etibarən aprelin 24-ü Çində Kosmonavtika Günü kimi qeyd olunur.