Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-05-04 14:48:00
Bakıda “INTENT EXPO” beynəlxalq təhsil və karyera sərgisi keçirilib

“Hedef Global”ın təşkilatçılığı ilə mayın 4-də Bakıda “INTENT EXPO” beynəlxalq təhsil və karyera sərgisi keçirilib.

AzEdu.az xəbər verir ki, açılış mərasimində çıxış edən “Hədəf Global”ın direktoru Elvin Əliyev sərginin əhəmiyyətindən danışıb. Bildirib ki, sərginin təşkilində məqsəd təhsilini xaricdə davam etdirmək istəyən gəncləri universitetlər barədə məlumatlandırmaq və gəncləri təhsil və karyera seçimində doğru istiqamətləndirməkdir.

Qeyd edək ki, sərgidə Polşa, Qazaxıstan, Litva, BƏƏ və Türkiyədən universitetlər iştirak edirlər.