Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-05-06 11:46:00
Kosmik hava proqnozu açıqlandı

Azərbaycan Milli Elmlər Akademiyasının N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası mayın 6-na olan kosmik hava durumunu açıqlayıb.

Rəsədxanadan AzEdu.az-a bildiriblər ki, mayın 6-dan 8-dək Günəş fəallığı çox aşağı səviyyədə qalacaq. Lakin 2740 fəallıq oblastı mürəkkəb maqnit quruluşa malik olduğundan C sinfindən alışma baş verəcəyi istisna edilmir.

2 MeV-dən çox enerjili elektron selinin proqnoz dövründə mənfi qütblülüyə malik CH HSS (Coronal Hole High Speed Streams – Tac dəliyindən çıxan yüksək sürətli axınlar) effekti hesabına yüksək səviyyədə qalacağı gözlənilir. 10 MeV-dən çox enerjili proton selinin fon səviyyələrində davam etməsi, CH HSS təsirinin qalacağı və Günəş küləyi parametrlərində azacıq güclənmə proqnozlaşdırılır.

Mayın 6-da və 7-də geomaqnit sahədə ümumi sakitlik gözlənilir, lakin fasilələrlə kiçik həyəcanlaşmaların meydana gələcəyi də istisna edilmir. Mayın 8-də proqnoz tarixində isə geomaqnit sahədə tam sakit şərait proqnozlaşdırılır. Maqnit qasırğasının yaranma ehtimalı 5 faizdən aşağı qiymətləndirilir.