Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-05-07 00:54:00
İnam Kərimov alimlərlə müzakirə apardı

Bu gün Azərbaycan Respublikasının Kənd Təsərrüfatı naziri İnam Kərimovun rəhbərliyi altında genişləndirilmiş kollegiya iclası keçirilib. İclasda nazirliyin tərkibində fəaliyyət göstərən elmi-tədqiqat institutlarının rəhbərləri iştirak ediblər.  AzEdu.az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov qeyd edib. Rektor bildirib ki, kollegiya iclasında aprel ayı ərzində görülmüş işlərin hesabatı dinlənilib, konkret olaraq hər bir institut və Dövlət Aqrar Universiteti qarşısında vəzifələr qoyulub:

 

“Elmi-tədqiqat işlərinin nazirliyin sifarişlərinə uyğun olaraq aparılması, fermerlərin istəklərinin nəzərə alınması qeyd olundu. Günün ikinci yarısında nazir Milli Elmlər Akademiyasının nəzdində fəaliyyət göstərən institut rəhbərləri ilə görüş keçirdi. Görüşdə akademik Əhliman Əmiraslanov və digər institut rəhbərləri çıxış etdi və hər iki tərəfin alimlərinin birgə fəaliyyətinin zəruriliyi qeyd olundu. ADAU olaraq, bizim də üzərimizə mühüm vəzifələr düşür, hər zaman olduğu kimi, bu gün də biz aqrar sahədə baş verən ciddi dəyişiklərdə öncül sıralarda olacaq və bu işlərə öz töhfələrimizi verəcəyik”.