Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-05-08 23:21:00
Son 15 ildə təhsilə ayrılan vəsait 8 dəfə artırılıb

“Azərbaycan dövləti təhsilin inkişafına xüsusi diqqət ayırır. Son 15 ildə dövlət büdcəsindən bu sahəyə ayrılan vəsaitin 8 dəfə artırılıb.  "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası"nın qəbul edilməsi Prezident İlham Əliyevin təhsilə göstərdiyi böyük qayğının təcəssümüdür”. AzEdu.az xəbər verir ki, bu fikirləri Baş Nazir Novruz Məmmədov bu gün Nazirlər Kabinetinin iclasında bildirib.

N.Məmmədov qeyd edib ki, əsəs məqsəd ölkəmizdə keyfiyyətli təhsil sisteminin qurulması, yüksəkixtisaslı, zəngin dünyagörüşlü kadrların yetişdirilməsindən ibarətdir.

 

Qeyd edək ki, iclasda təhsil naziri Ceyhun Bayramovun gündəlikdəki məsələlərlə bağlı məruzəsi də dinlənilib.