
Ağcabədidə Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident təqaüdçüsü Afət Viləşsoyun “Mənim adım Vətəndir” adlı kitabının təqdimatı keçirilib.
AzEdu.az xəbər verir ki, tədbirdə Ağcabədi rayon Heydər Əliyev mərkəzinin direktoru Məhsəti Musa, şair Gündüz Sevindik, “Aran” qəzetinin əməkdaşı Adil Misirli, Bakıdan şair İlqar Türkoğlu, Gülnar Səma, filologiya üzrə fəlsəfə doktoru, şair Bilal Alarlı və Ağcabədi Pedaqoji kollecinin tələbələriiştirak ediblər.
Bilal Alarlı bildirib ki, şeir və hekayələrdən ibarət bu toplu Afət Viləşsoyunözünə və oxucularına hesabatıdır. Kitaba ön sözü filologiya üzrə fəlsəfə doktoru Sevinc İsa qızı Muğanna, sözardını isə Prezident təqaüdçüsü Şəfa Vəli yazıblar.
Afət Viləşsoyunsayca yeddinci olan bu kitabında Vətən sevgisindən bəhs edən şeirlər yer alıb. Bu sırada müəllifin “Cəbhələrdə”, “Bəxtinə köçkünlük yazılanlar”, “Məni sipər edin ayrılıqlara”, “Torpaq”, “Vətənə xor baxanlara” və şeirləri də var. Tədbir iştirakçıları bu şeirlərivətənpərvərliyə çağırış kimi qiymətləndiriblər.
Adil Misirli Afət Viləşsoyunqadın yazarlar arasındaimzasının müsbət mənadafərqləndiyinivurğulayıb.
Qeyd edək ki, Yazıçılar Birliyinin üzvü, Bakı Dövlət Universiteti və "Gənc istedadlar" liseyinin müəllimi, filologiya üzrə fəlsəfə doktoru Afət Viləşsoy 7 bədii kitab və 10-dan çox elmi əsərin müəllifidir. O, 2011-ci ildəgəncyazarolaraqPrezidenttəqaüdünəlayiqgörülüb.