Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-05-18 15:51:00
Azərbaycan İspaniyanın Kadiz Universitetində keçirilən qastronomiya sərgisində təmsil olunub

İspaniyanın Kadiz Universitetində Madriddə fəaliyyət göstərən Rus Assosiasiyasının təşkilati dəstəyi ilə postsovet ölkələrinin IV qastronomiya sərgisi keçirilib. Sərgidə Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Moldova, Rusiya, Ukrayna, Özbəkistan və digər ölkələrin İspaniyada Erasmus+ proqramı çərçivəsində təhsil alan tələbələri öz milli yemək və içkilərini təqdim ediblər. Tələbələr öz mədəniyyətlərini, adət-ənənələrini, milli yeməklərini təqdim etməklə yanaşı, yerli və xarici turistlərin marağına səbəb olan yeməklərin tarixi və necə hazırlanması ilə bağlı məlumat vermək imkanı da əldə ediblər.

Tədbirdə Azərbaycanı Erasmus+ proqramı çərçivəsində Kadiz Universitetində təhsil alan, Azərbaycan Dillər Universitetinin ikinci kurs magistr tələbəsi Ülkər Rüstəmli təmsil edib. O, özünün hazırladığı plovu və xəngəli iştirakçılara təqdim edib, tariximiz, mədəniyyətimiz, mətbəximizlə bağlı ətraflı məlumat verib.   (Azərtac)