
Uşaqların zehni sağlamlığının qayğısına qalmaq, bunun üçün kiçik yaşlardan böyük yatırımlar etmək olduqca önəmli məsələdir. Xüsusilə də texnologiyanın azyaşlıların həyatını zəbt etdiyi vaxtda zehni və ruhi problemlər olduqca artmaqdadır. Azyaşlıların əksəriyyəti beyinlərini lazımsız düşüncələrlə zəbt etdiklərinə görə, yaddaş zəifliyindən əziyyət çəkirlər.
AzEdu.az günümüzün problemlərinin azyaşlılara təsir etməməsi üçün valideynlərin əməl etməli olduğuəsas qaydaları təqdim edir:
-Övladınızın ağlamasına icazə verin;
-Hİsslərini sizxə rahat şəkildə söyləməsinə şərait yaradın;
-Əsəblərinə hörmətlə yanaşın;
-Nə düşünməsi ilə tez- tez maraqlanın;
-Ona günlük tutmağı öyrədin;
-Özünə inamını artırmağa çalışın;
-Məsuliyyətlərini özünün daşıması üçün şərait yaradın;
-Sağlam qidalanmasının qayğısına qalın;
-Telefona ayırdığı vaxtı özünün də xəbəri olmadan azaldın;
-Əvvəlcə dinləyin, sonra danışın;
-Ailəvi müzakirələr keçirin;
-Onunla oyunlar oynayın;
-Tez – tez onunla birlikdə açıq havada olun;
-Bəzən risk etməsinə imkan verib. Bu, onda ani qərar qəbul etmək bacarığını inkişaf etdirəcək;
-Uğurlarından çox əldə etmək üçün göstərdiyi səyə önəm verin;
-Dostluq əlaqələrini, ətrafındakı yaşıdlarını dəstəkləyin;
-Qışqırmaq əvəzinə səbirlə öyrətməyi seçin;
-Onu bütün səhvləri ilə qəbul edin;
-İstedadlarını dəstəkləyin.