
2019-06-22 17:46:00
“Huawei” 5 ayda 100 milyondan çox smartfon satıb
Çinin iri telekommunikasiya şirkəti "Huawei" cari ilin yanvar-may aylarında 100 milyondan çox smartfon satıb.
AzEdu.az xəbər verir ki, "Huawei" bu il 100 milyon smartfon satışı həddinə ötən illə müqayisədə 49 gün daha əvvəl çatıb.
Şirkətin mobil telefon istehsal xəttinin rəhbəri Xı Qan deyib ki, satışların çoxalması sürətli enerji yığa bilən, habelə gecə vaxtı daha yaxşı selfi çəkilişləri üçün süni zəka texnologiyasına əsaslanan ön kamera ilə təchiz olunmuş "Nova 5" seriyalı smartfonlara marağın artması ilə bağlıdır.
Qeyd edək ki, cari ilin ilk rübündə dünyada smartfon satışlarının nəticələrinə əsasən "Huawei" şirkəti ABŞ-ın "Apple" korparasiyasını geridə qoyaraq "Samsung"dan sonra ikinci olub. (azərtac)
Bu bölməyə aid digər xəbərlər
Günün havası - Yağış, dolu...
2024-09-12 08:30:00
BDU da “TələbəPlus” layihəsinə qoşuldu
2024-09-11 17:58:56
Yağış yağacaq, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ
2024-09-11 15:37:12
Cəzaçəkmə müəssisələrində peşə təhsilinin keyfiyyəti yüksəldiləcək - SƏRƏNCAM
2024-09-11 15:20:47
Bakıda uşaq bağçasında təhlükəli vəziyyət
2024-09-11 15:05:12
Yeniyetmə özünü 17-ci mərtəbədən atıb
2024-09-11 13:47:40
Sabahın havası: 32 dərəcə isti olacaq
2024-09-11 13:24:20
11-ci sinif şagirdi intihar etdi
2024-09-11 10:35:55
Göygöldə qardaş qardaşı bıçaqlayıb
2024-09-11 10:16:50
İntihar etmiş tələbə ilə bağlı yeni DETALLAR
2024-09-11 10:10:51