Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-06-22 18:00:00
İnternetə və Azərbaycan Təhsil Şəbəkəsinə qoşulmuş məktəblərin sayı 2 min 746-ya çatdırılıb

2018-2019-cu tədris ilində məktəblərdə informasiya-kommunikasiya texnologiyalarından (İKT) istifadə imkanları genişləndirilib.

Təhsil Nazirliyindən bildirilinb ki, ümumi təhsil müəssisələrinə 20 min 880 noutbuk, 789 elektron lövhə, 789 proyektor verilib, İKT əsaslı infrastrukturun yaradılması işi davam etdirilib.

Tədrisdə İKT-dən istifadə imkanlarının genişləndirilməsi baxımından ölkə üzrə internetə və Azərbaycan Təhsil Şəbəkəsinə (ATŞ) qoşulmuş məktəblərin sayı 2 min 746-ya (62 faiz) çatdırılıb.  (azərtac)