Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-06-22 23:22:00
“Megafun”dakı  partlayışda  3  uşaq yaralandı

"Megafun" Əyləncə Mərkəzində partlayış olub.

Bakı Şəhər Baş Polis İdarəsinin Mətbuat xidmətinin rəisi polis-mayoru Elşad Hacıyevin AzEdu.az-a verdiyi məlumata görə,  həmin əyləncə mərkəzində ailə tədbirlərinin birində asılmış helium şarları animatorların ehtiyatsızlığından partlayıb. Nəticədə 2 azyaşlı və 4 böyük olmaqla 6 nəfər yüngül bədən xəsarətləri alıb. Onlara tibbi yardım göstərilib və həyatları üçün təhlükə yoxdur.


 Faktla bağlı animatorlar Xətai Rayon Polis İdarəsində dindirilərək izahatları alınıb.

Hadisə ilə bağlı araşdırmalar davam etdirilir.

 

Səhiyyə Nazirliyi Mətbuat xidmətindən verilən məlumata görə,  "Megafun" Əyləncə Mərkəzində helium şarlarının partlaması nəticəsində  3 nəfər yanıq xəsarəti alıb.

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, hadisə zamanı 3-ü uşaq olmaqla  8 nəfər xəsarət alıb.