Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-06-27 21:29:00
Yasamalda itkin düşən məktəbli tapıldı

Bakının Yasamal rayonunda itkin düşmüş azyaşlı qız tapılıb.

AzEdu.az  xəbər verir ki, 9 yaşlı İnci Əhmədova 29-cu Polis Bölməsinin əməkdaşları tərəfindən Musabəyov parkında aşkar olunub.

Bildirilir ki, azyaşlı evdəkilərdən xəbərsiz gəzmək üçün parka gedibmiş. Hazırda onun vəziyyəti normaldır.

Məlumata görə, Yasamal rayonu Xaqan Dadaşov küçəsi ev 124 ünvanında yaşayan, 9 yaşlı Əhmədova İnci Bəhmən qızı yaşadığı evin həyətindən yoxa çıxmışdı.