Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-06-27 22:08:00
Məktəbli yol qəzasında xəsarət aldı

Mingəçevirdə yol qəzası baş verib, 12 yaşlı uşaq yaralanıb.

AzEdu.az xəbər verir ki, hadisə Mingəçevirin İslam İslamzadə küçəsində qeydə alınıb.

Belə ki, taksi kimi xidmət göstərən iki minik avtomobili toqquşub. Avtomobillərdə olan şəxslər qəzadan yüngül xəsarətlə qurtulsa da, 12 yaşlı sərnişin Asif Məmmədzadə müxtəlif bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.