Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-06-28 17:32:00
Prezident yazıçılara 3 milyon manat ayırdı  

Prezident İlham Əliyev Azərbaycan Yazıçılar Birliyi üzvlərinin yaradıcılıq şəraitinin yaxşılaşdırılması tədbirləri haqqında sərəncam imzalayıb. 

AzEdu.az-ın məlumatına görə, sərəncamla Yazıçılar Birliyinin Şüvəlandakı Səməd Vurğun adına Yaradıcılıq Evinin rekonstruksiyası və təmiri üçün Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Əmlak Məsələləri Dövlət Komitəsinə ilkin olaraq 3 milyon manat ayrılıb.