
2018/2019-cu tədris ilinin birinci rübündə Təhsil Nazirliyinin nəzdində fəaliyyət göstərən 13 internat məktəbində 4617 nəfər oxuyur.
Onların 1890 nəfəri təhsil müəssisəsində gecələyir.
AzEdu.az xəbər verir ki, bu barədə Təhsil Nazirliyindən məlumat verilib.
Bildirilib ki, Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən Ordubad rayon internat məktəbində isə 471 nəfər təlim tərbiyə alır. Onlardan 46 nəfər uşaq müəssisədə gecələyir.
Məlumata əsasən, Dövlət Proqramının icrası olaraq yaradılmış və Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən iki Ailə tipli Kiçik Qrup evində isə 20 nəfər uşaq tərbiyə alıb yaşayır. Gələcək illərdə ailə əsaslı sosial xidmətlər müəssisələrinin şəbəkəsinin genişləndirilməsi planlaşdırılır. (azvision)