Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-07-15 10:00:00
İyulun 17-də Azərbaycanda növbəti təbiət hadisəsi baş verəcək  

İyulun 17-də bu ilin ikinci Ay tutulması (qismən) baş verəcək.

AMEA-nın N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının elmi işlər üzrə direktor müavini, fizika üzrə fəlsəfə doktoru Xıdır Mikayılovun AzEdu.az verdiyi məlumata görə, proses saat 00:03-də başlayacaq, saat 01:31-də maksimum həddə olacaq və saat 02:59-da başa çatacaq.

Ay tutulması Azərbaycanda müşahidə olunmayacaq. Bu təbiət hadisəsini Cənubi Amerika, Avropa, Afrika, Asiya, Avstraliya və Rusiyada görmək mümkün olacaq.