
2019-07-26 11:00:00
Beynində 25 şiş olan qadına 6 ay vaxt qoydular, özü-özünü sağaltdı
Beyin insan orqanizmində ən mürəkkəb orqandır. Sinir sisteminin mərkəzi vəzifəsini icra edir. Əgər hər hansı problem yaransa, həyatımıza son qoyular. Beyin xəstəlikləri deyildikdə ilk öncə şişlər yada düşür. Bu da müalicə edilməzsə, ölümcül nəticə verir.
"Beyin xərçəngi" eşidəndə belə qulağa tükürpərdən gəlir.

AzEdu.az Medicina.az-a istiadən xəbər verir ki, belə şişlərdən 25 dənəsi Heidi Spencein başında vardı. Həkimlər qadına 6 ay ömrünün qaldığnı demişdilər.
45 yaşlı qadın həkimlərin hökmünə qarşı getməyi bacardı. O, hansı dərmanın ona müsbət təsir edəcəyi barədə geniş araşdırmalara başladı, müxtəlif testlər etdirdi. Yoxlamalar İngiltərənin qabaqcıl xərçənglə mübarizə xəstəxanalarının birində tətbiq edildi.
Müalicə ərəfəsində məlum oldu ki, artıq 5 gen mutasiyaya uğrayıb. Bunlardan ikisində müalicə vardı. Beləliklə, 3 ay içində beynində olan bütün şişlər yoxa çıxdı.

Sümüklər və ağciyərlərindəki şişlərdə isə kiçilmə müşahidə edildi. Heidinin çıxdığı bu məşəqqətli yolda ailəsi ona hər zaman dəstək oldu. Onun sözlərinə görə bütün dərmanlarda fərdi reaksiyalar nəzərə alınmalıdır.

O deyir: " Mütləq öz orqanizmini dəqiq tanımalısan. Ən önəmlisi də psixoloji dəstəkdir. Çünki bu, müalicə ilə eyni anda olsa mükəmməl nəticə almaq olur. Xəstəliyiniz barədə diaqnoz alan kimi bədbinliyə düşməyin. Mütləq geniş elmi araşdırmalara başlayın. Özünüz öz həkiminiz olun".
Bu bölməyə aid digər xəbərlər
Günün havası - Yağış, dolu...
2024-09-12 08:30:00
BDU da “TələbəPlus” layihəsinə qoşuldu
2024-09-11 17:58:56
Yağış yağacaq, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ
2024-09-11 15:37:12
Cəzaçəkmə müəssisələrində peşə təhsilinin keyfiyyəti yüksəldiləcək - SƏRƏNCAM
2024-09-11 15:20:47
Bakıda uşaq bağçasında təhlükəli vəziyyət
2024-09-11 15:05:12
Yeniyetmə özünü 17-ci mərtəbədən atıb
2024-09-11 13:47:40
Sabahın havası: 32 dərəcə isti olacaq
2024-09-11 13:24:20
11-ci sinif şagirdi intihar etdi
2024-09-11 10:35:55
Göygöldə qardaş qardaşı bıçaqlayıb
2024-09-11 10:16:50
İntihar etmiş tələbə ilə bağlı yeni DETALLAR
2024-09-11 10:10:51