Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-07-26 11:14:00
DGTYB ilə Qırğızıstan Milli Yazıçılar Birliyi arasında memorandum - Foto

Dünya Gənc Türk Yazarlar Birliyi ilə Qırğızıstan Milli Yazıçılar Birliyi arasında birgə əməkdaşlığa dair memorandum imzalanıb. 

AzEdu.az xəbər verir ki, sənədi Azərbaycan tərəfdən Dünya Gənc Türk Yazarlar Birliyinin başqanı İntiqam Yaşar, Qırğızıstan tərəfdən isə Azərbaycanda səfərdə olan qırğız yazarlarından ibarət nümayəndə heyətinin rəhbəri  Qırğızıstan Milli Yazıçılar Birliyinin sədri Nurlan Kalıbekov imzalayıb. 

İmzalanma mərasimində AYB-nin gənclər üzrə katibi Rəşad Məcid, Dünya Gənc Türk Yazarlar Birliyinin Məsləhət Şurasının başqanı Əkbər Qoşalı, Qırğızıstanın Manas Universitetinin əməkdaşı Altınbek İsmayıl, jurnalist Cıldızbek Tursunbaev iştirak edib.

 

 25  26-07-2019