Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-07-26 12:55:00
Cənubi Koreyada blokçeyn texnologiyası üzrə çalışan azərbaycanlı xanım mövcud vəziyyətdən danışdı

Blokçeyn texnologiyası bəzi ölkələrdə yeni tətbiq olunmağa başlansa da, bu texnologiya, prioritet sahədir və bütün dünyada sürətli inkişaf edir. Məlum olduğu kimi əhali sayı və investorlar baxımından Cənubi Koreya bu sahə üzrə dünya liderlərindəndir. Ölkəmizdə də bu istiqamətdə addımlar atılmaqdadır. Azərbaycanla Cənubi Koreya arasında mövcud olan İKT əlaqələrini nəzərə alsaq bu sahənin ölkəmizdə inkişaf etdirilməsi üçün əlverişli şəraitin yaradılacağını düşünməkdə heç də haqqsız sayılmarıq.

Hazırda Cənubi Koreyada blokçeyn texnologiyası üzrə çalışan azərbaycanlı gənc mütəxəssis Hürü Həsənova bu sahə ilə bağlı əsas problemin kadr çatışmazlığı olduğunu hesab edir: 

“Kriptovalyutaya Cənubi Koreyada maraq böyükdür. Bununla bağlı əsas tədbirlər Seulda təşkil olunur. Bu ölkənin böyük mütəxəssis ordusu mövcuddur. Düşünürəm ki, bizdə əsas problem mütəxəssis çatışmazlığıdır. Blokçeynlə bağlı mənə tez-tez müraciət olunur. “Development” üçün mütəxəssis  tapa bilmədiklərini deyirlər. Əslində bizim də yüksək səviyyəli mütəxəssislərimiz var. Lakin İT sərhədsiz olduğu üçün onlara daima yeni iş təklifləri edilir. Bu cür mütəxəssislərin ölkədə saxlanılması çox vacibdir”.

Hürü Həsənovanın fikrincə yeni texnologiyaya baxış tərzinin də dəyişməsi vacibdir: 

“Azərbaycan dövləti texnologiyanın inkişafına vəsait ayırır. Xüsusislə Cənubi Koreyada treninqlər təşkil olur və ölkəmizdə texnologiyanın inkişafı üçün iki dövlət arasında müqavilə də var. Lakin bəzən treninqlərə bir az yaşlı mütəxəssislər gəlir. Onların bu texnologiyaları mənimsəsi bəzən çətin olur”.