Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-08-01 12:03:00
Yeni orfoqrafiya lüğəti bu tarixdə çapa veriləcək

Azərbaycan dilinin yeni orfoqrafiya lüğəti sentyabrda çapa veriləcək. 

AzEdu.az-ın  məlumatına görə bu barədə oxu.az-a  AMEA-nın Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu deyib.

Onun sözlərinə görə, çapa veriləcək orfoqrafiya lüğətində yeni sözlər öz əksini tapacaq:

“Biz yeni yaradılan sözləri ictimaiyyətin müzakirəsinə veririk. Bunların bəziləri müsbət qarşılanır, bəzilərinə ögey münasibət olur. Amma bizdə də qonşu ölkələrdə olduğu kimi bu təcrübədən istifadə edilir. 

Misal üçün, “adapter” – yükləyici, “zaryatka” – yükləmə, “razetka” – yuvacıq, “udlinitel” – uzadıcı, proqnoz – öncəgörmə kimi təklif olunub. Öncəgörmə deyəndə hamının ağlına fala baxmaq gəlir, ancaq bu söz yazılı abidələrimizdə də işlənib”. 

Akademik əlavə edib ki, köhnə orfoqrafiya lüğətində narazılıq yaradılan sözlər çıxarılıb.