Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-08-03 16:41:00
NASA bu şirkətlərə Ay və Marsı tədqiq etməyə kömək edəcək

NASA kosmosun tədqiqi üçün istifadə ediləcək texnologiyaları inkişaf etdirmək məqsədilə 13 müstəqil şirkətə kömək edəcək.

NASA, xüsusilə Ay və Mars missiyalarında istifadə ediləcək texnologiyaların inkişafında 13 subyektə kömək edəcək yeni bir proqram başladıb. NASA-nın nümayəndəsi Cim Reyter şirkətin digər müstəqil şirkətlərlə birlikdə diqqət yetirməli olan əsas sahələrini tapdığını bildirib.

AzEdu.az-ın məlumatına görə, TED.az xarici mətbuata istinadən xəbər verir ki, NASA tərəfindən seçilmiş şirkətlərdən biri – İlon Maskın “SpaceX” şirkətidir. “SpaceX” ilə əməkdaşlıq raketlərin uğurlu enmə texnologiyasının şaquli inkişafını sürətləndirməlidir. İlon Mask, həmçinin Klivlenddə yerləşən Glenn NASA Elmi-Tədqiqat Mərkəzi və Alabama şəhərindəki «Marşall» kosmik uçuş mərkəzi ilə əməkdaşlıq edir. Bütün bunlar «Starship» gəmisini planetin orbitinə çıxarmaq üçün daha etibarlı həllər yolunu tapmaq üçündür.

Daha bir şirkət “Blue Origin” – “Amazon” şirkətinin rəhbərinin özəl şirkətidir. NASA Aya dəqiq enmə üçün naviqasiya sisteminin inkişafında “Blue Origin”ə kömək etməyi planlaşdırır. Ceff Bezos, həmçinin Aya uçuşlar üçün lazım olan mühərriklərə istifadə olunan davamlı materialların hazırlanmasında mühəndislərin dəstəyindən faydalana biləcək.