
2019-08-04 11:21:00
İsraildə həvarilərin məbədi tapıldı
Tiveriad gölünün sahilində (Qaliley dənizi və Kineret gölü kimi də məşhurdur) qədim kilsənin qalıqları aşkar edilib.
AzEdu.az xəbər verir ki, ilkin ehtimala əsasən, bu kəşf əfsanəvi Həvarilər məbədinin qalıqlarıdır.
Arxeoloqlar mərmər, divar mozaikası və mozaik döşəmə qalıqları tapıblar. Dağıntıların yaşı 1400 ildən çoxdur.
Tədqiqatçıların fikrincə, kilsə dağıntılarının aşkar edildiyi ərazidə əvvəllər qədim Vifsaida kəndi yerləşib. Sonradan isə bu ərazi şəhərə çevrilib. “Əhdi-Cədid” (xristian Müqəddəs Yazılarının ikinci bölməsi. Əhdi-Cədidə, həmçinin İncil kitabı deyilir) kitabına əsasən, İsa Peyğəmbər məhz burada korun gözlərini açıb və 5 min ac insanı 5 tikə çörək və iki balıqla doydurub.
Həvarilər məbədi isə Pyotr və Andrey adlı həvarilərin evlərinin yerində inşa edilib.
Qeyd edək ki, bir müddət əvvəl İsrailin cənubundakı Rahat şəhərində VII-VIII əsrə aid məscid tapılmışdı.(oxu.az)
Bu bölməyə aid digər xəbərlər
Günün havası - Yağış, dolu...
2024-09-12 08:30:00
BDU da “TələbəPlus” layihəsinə qoşuldu
2024-09-11 17:58:56
Yağış yağacaq, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ
2024-09-11 15:37:12
Cəzaçəkmə müəssisələrində peşə təhsilinin keyfiyyəti yüksəldiləcək - SƏRƏNCAM
2024-09-11 15:20:47
Bakıda uşaq bağçasında təhlükəli vəziyyət
2024-09-11 15:05:12
Yeniyetmə özünü 17-ci mərtəbədən atıb
2024-09-11 13:47:40
Sabahın havası: 32 dərəcə isti olacaq
2024-09-11 13:24:20
11-ci sinif şagirdi intihar etdi
2024-09-11 10:35:55
Göygöldə qardaş qardaşı bıçaqlayıb
2024-09-11 10:16:50
İntihar etmiş tələbə ilə bağlı yeni DETALLAR
2024-09-11 10:10:51