Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-08-04 11:48:00
Azərbaycanlı həkim xərçəngin müalicəsi barədə kitab yazdı
 
XXI əsrin bəlası sayılan xərçəng xəstəliyinin  yaranma səbəbi və müalicə yollarından bəhs edən kitab işıq üzü görüb.
 
AzEdu.az Moderator.az-a istinadən  xəbər verir ki, “Xərçəngdən belə qurtuldum” adlanan bu  kitabda Azərbaycalı psixoterapevt Paşa Yaqubun  xərçəng xəstəliyindən sağaltdığı xəstələrlə müsahibələr və onların sağalmasını təsdiq edən müayinələrin nəticələri daxil edilib. Kitabda həmçinin, müxtəlif xəstəliklərin elmə məlum olmayan sirləri araşdırılır və müalicə yolları  göstərilir.
 
Kitab, həkimlər, psixoloqlar və müxtəlif xəstəliklərdən əziyyət çəkən  insanlar  üçün nəzərdə tutulub.